Gürcüstandan ölkəyə qanunsuz yolla spirtli içkilər və siqaretlərin gətirilməsinin qarşısı alınıbbackend

Gürcüstandan ölkəyə qanunsuz yolla spirtli içkilər və siqaretlərin gətirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin \”Qırmızı Körpü\” gömrük postunda Gürcüstandan idarə etdiyi \”VAZ-2106\” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən İnterpress.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda – ayaq altı hissəsinə qoyulan yüklərin altında üzərində \”Hlibny Dar\” yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində \”Gold Mount\” yazılan 4 800 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az