Cahandar Aybərin şeirlər kitabı işıq üzü görüb – FOTOLARbackend

Cahandar Aybərin şeirlər kitabı işıq üzü görüb – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc şair Cahandar Aybərin yeni nəşr olunan şeirlər kitabı satışa çıxarılıb.

İnterpress.az xəbər verir ki, müəllif \”Alnımızdandır Göy Üzü\” adlı şeirlər kitabı ilə ilk dəfə oxucuların görünüşünə gəlib. Əsasən, şeir nüumunələrindən ibarət olan kitabda iki hekayə də yer alıb. Kitabda, ümumilikdə, 70-dən çox şeir dərc olunub.

\”Alnımızdandır Göy Üzü\”nə daxil olan şeirlər əsasən, sevgi və məhəbbət mövzusundadır. Şairin, ümumilikdə, vətən, insanlıq və digər mövzularda həsr olunmuş bədii ədəbiyyat nümunələri var.

Qeyd edək ki, kitabın 30 yanvar saat 11:00-da Ağcabədi rayonunda yerləşən Heydər Əliyev Mərkəzində oxucularla növbəti imza günü keçiriləcək. Yaxın günlərdə isə kitabın Bakıda geniş təqdimat mərasimi keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə müəllifin \”Alnımızdandır Göy Üzü\” adlı şeirlər kitabının təqdimatı keçirilib.

Cahandar Aybərin şeirlər kitabı işıq üzü görüb - FOTOLAR

Cahandar Aybərin şeirlər kitabı işıq üzü görüb - FOTOLAR

Cahandar Aybərin şeirlər kitabı işıq üzü görüb - FOTOLAR

Cahandar Aybərin şeirlər kitabı işıq üzü görüb - FOTOLAR

İnterpress.az