Nazirlik vəzifəli şəxsi cərimələdibackend

Nazirlik vəzifəli şəxsi cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 30/97 ünvanında fəaliyyət göstərən metaləritmə sexindən atmosferə atılan tullantılarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları növbəti araşdırma və monitorinq keçirib.

Nazirlikdən İnterpress.az-a verilən məlumata görə, monitorinq zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin noyabr ayında sex barəsində akt, protokol tərtib olunmuş və müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı sexə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi.Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün sexə cavabdeh şəxs A.Aslanov barəsində yenidən protokol tərtib edilib və o vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

İnterpress.az