Gürcüstanda Azərbaycanla bağlı küçə təmir olunacaqbackend

Gürcüstanda Azərbaycanla bağlı küçə təmir olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan paytaxtı Tbilisi şəhərinin mərkəzi küçələrindən olan Vaxtanq Qorqasali küçəsi əsaslı şəkildə yenidən qurulacaq.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze bu il Gürcüstan paytaxtında həyata keçirilməsi planlaşdırılan əsas infrastruktur layihələrin təqdimatı zamanı bildirib.

O deyib ki, küçənin sahilboyu hissəsində tunel inşa olunacaq: “Tunelin üst hissəsi yalnız piyadalar üçün nəzərdə tutulacaq və yaşıllıq zonaları yaradılacaq. Layihə çərçivəsində, təxminən, 10 hektar sahə yaşıllaşdırılacaq”.

Mer qeyd edib ki, V.Qorqasali küçəsini Avlabar metro stansiyası ilə birləşdirəcək piyada körpüsünün də tikintisi nəzərdə tutulub.

110 mln. lari dəyəri olan layihə Tbilisidə bu il reallaşdırılmasına başlanılacaq 22 layihə arasında ən geniş miqyaslı və ən bahalısıdır.

Layihənin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, V.Qorqasali küçəsində Heydər Əliyev adına park, Azərbaycanın Gürcüstandakı səfirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı yerləşir.

İnterpress.az