DGK ötən il dövlət büdcəsinə 3 mlrd. 434 mln. manat köçürmə edibbackend

DGK ötən il dövlət büdcəsinə 3 mlrd. 434 mln. manat köçürmə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi 2018-ci ildə dövlət büdcəsinə 3 milyard 434 milyon manat köçürmə edib.

İnterpress.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev \”Xalq qəzeti\”ndə dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, 2018-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi artıqlaması ilə təmin edilib:

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Qanununda dəyişikliklər edilməklə 2018-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün proqnozlaşdırılan 2 milyard 430 milyon manat proqnoz 760 milyon manat artırılaraq, ümumilikdə 3 milyard 190 milyon manat təşkil edib. Beləliklə, 2018-ci il üçün müəyyənləşdirilən 3 milyard 190 milyon manat proqnoza qarşı 3 milyard 434 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb və büdcə öhdəliyinə 107,7 faiz əməl olunub\”.

İnterpress.az