Fransanın daha bir şəhəri Azərbaycanla dostluq bəyannaməsi imzalayıbbackend

Fransanın daha bir şəhəri Azərbaycanla dostluq bəyannaməsi imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan ilə Fransanın Montro-Fo-Yon şəhəri arasında Dostluq Bəyannaməsi imzalanıb.

İnterpress.az “Report“a istinadən bildirir ki, Fransann Montro-Fo-Yon şəhəri ilə Azərbaycan arasında imzalanan sənədə şəhərin meri Ceyms Şeron (James Cheron) və Azərbaycan Respublikasınnı Fransadakı səfiri Rəhman Mustafayev imza atıblar.

Dostluq Bəyannaməsində iki xalqı bir-birinə daha da yaxınlaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi, Montro-Fo-Yon (Montereau-fault-Yonne) şəhəri ilə ölkəmiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın və mübadilələrin həyata keçirilməsi nəzərdə tutulub. Bəyannamədə təhsil və mədəniyyət üzrə layihələrin reallaşdırılmasına xüsusi diqqətin ayrılmasının vacibliyi qeyd edilib.

Montro-Fo-Yon şəhəri Paris ətrafında, Seine-et-Marne departamentində yerləşir. Şəhərin əhalisi 20 min nəfərə yaxındır. Şəhər Türkiyənin Aydın şəhəri ilə qardaşlaşıb. Fransanın ən böyük çaylarından biri Sena çayı ilə Yon çayı Montro-Fo-Yon şəhərində bir-birinə qovuşur ki, bu uğurlu coğrafi mövqeyi şəhərin iqtisadiyyatının inkişafında müsbət rol oynayıb.

İnterpress.az