Füzulidə qadını qətlə yetirən yeniyetmə saxlanılıbbackend

Füzulidə qadını qətlə yetirən yeniyetmə saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, yanvarın 28-də Füzuli rayonunda A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkar edilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

İnterpress.az