Xaçmaz sakininə xəsarət yetirən şəxs saxlanılıbbackend

Xaçmaz sakininə xəsarət yetirən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz sakininə xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumatda bildirilib ki, Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin yanvarın 29-da rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba RPŞ-də araşdırma aparılır.

İnterpress.az