Vətəndaşı döyərək mobil telefonu və qol saatını alan şəxslər saxlanılıbbackend

Vətəndaşı döyərək mobil telefonu və qol saatını alan şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vətəndaşı döyərək mobil telefonu və qol saatını alan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılıb. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.

Nərimanov rayon Polis idarəsində araşdırma aparılır.

İnterpress.az