Yollarda hazırda vəziyyət necədir? – Son xəbərdarlıqbackend

Yollarda hazırda vəziyyət necədir? – Son xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, hazırda yol polisi əməkdaşları paytaxtın enişli-yoxuşlu, sərt döngəli yollarına, körpü və tunellərinə tam nəzarət edirlər: \”Saat 7-dən etibarən hava şəraiti əlaqədar paytaxtın inzibati ərazisinə aid olan küçə və prospektlərdə kəskin buz qatı yaranıb. Yolların enişli-yoxuşlu hərəkət hissələri üzrə nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaranıb\”.

V.Əsədov bildirib ki, hazırkı vəziyyətdə 3-cü kənar dairəvi yolda yüngül zərərlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb: \”Yəni bu hadisələr avtomobillər metereoloji şərait nəzərə alınmadan idarə edildiyi üçün baş verib\”.

Bölmə rəisinin sözlərinə görə, yolların sürüşkən olmasının əvvəlcədən qarşısını almaq üçün tədbirlər görülür, qumun səpilməsi davam etdirilir: \”Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsi və Bakı Şəhər İcra Hakimiyyətinin qış qarajı ilə birgə qərargah yaradılıb. Bu qərargah qış qarajının xüsusi texnikası vasitəsilə yollara qumun səpilməsini təşkil edir\”.

O, qeyd edib ki, 3-cü kənar dairəvi yol üzrə \”Maşın bazarı\” kimi tanınan əraziyə yaxın yolun həm eniş, həm də yoxuş hissəsində, həmçinin Mikayıl Müşfiq dairəsindən Badamdar qəsəbəsi istiqamətində, Ziya Bünyadov prospekti, xüsusilə, \”Çermet\” kimi tanınan körpü, 20 Yanvar dairəsi, 20 Yanvar körpüsü, \”Şamaxinka\” kimi tanınan ərazi, Biləcəri enişi, Tbilisi prospekti ilə Bakıxanov körpüsünün kəsişməsindən 20 Yanvar dairəsi istiqamətində və geriyə olan hissədə, eləcə də Yasamal rayonunun daha yüksək əraziləri, Günəşli qəsəbəsi və digər hündür ərazilərdə yerləşən küçə və yolların buzlu və sürüşkən olduğu barədə məlumat var: \”Sürücülərə tövsiyə olunur ki, bu istiqamətlər üzrə hərəkət etməsinlər və nasaz avtomobillərin istifadəsindən imtina etsinlər. Çalışaq ki, belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmış peşəkar, səriştəli sürücülərin sərbəst hərəkətinə şərait yaradaq və onların köməyi ilə hərəkəti davam etdirək\”.

V.Əsədov əlavə edib ki, Bakının mərkəzində – Neftçilər, Rəşid Behbudov, Niyazi, Səməd Vurğun, Azərbaycan, Əziz Əliyev, Bakıxanov, Ceyhun Hacıbəyli, Zərifə Əliyeva küçə və prospektlərində, mərkəzə doğru küçə və yollar üzrə nəqliyyatın hərəkəti normaldır: \”Bakı yol polisi əhali və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, ictimai nəqliyyatdan istifadəyə və yaxud peşəkar sürücülərin köməyi ilə müvafiq ünvana çatmağa üstünlük versinlər\” (trend).

İnterpress.az