Sərxoş sürücü 80 yaşlı piyadanı vurdu, hadisə yerindən qaçdıbackend

Sərxoş sürücü 80 yaşlı piyadanı vurdu, hadisə yerindən qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yerindən qaçan sərxoş sürücü saxlanılıb.

İnterpress.az \”Ökə.Az\”a istiandən xəbər verir ki, yanvarın 27-də paytaxtın Səbail rayonu ərazisində 1980-cı il təvəllüdlü Bəxtiyar Əliyevin sərxoş halda idarə etdiyi “Mercedes C 200” markalı, 99-RD-120 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü Əhmədov Zahid Məhəmməd oğlunu vuraraq sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində B.Əliyev hadisədən bir gün sonra şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Bəxtiyar Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İnterpress.az