Rusiya Patriarxı Kirill: “Əgər Qarabağ məsələsi dini liderlərdən asılı olsaydı, biz bunu həll edərdik”backend

Rusiya Patriarxı Kirill: “Əgər Qarabağ məsələsi dini liderlərdən asılı olsaydı, biz bunu həll edərdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşən Rusiya Patriarxı Kirill təəssüflə Qarabağ məsələsinin həllinin dini liderlərdən asılı olmadığını deyib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, o qeyd edib ki, məsələ dini liderlərdəna asılı oslaydı, çoxdan həll olunmuşdu: “Mən Qarabağ məsələsində əldə olunan razılaşmadan danşmaq istərdim. Müharibənin olmaması artık bir nəticədir. Dini liderlərin görüşündə isə əldə olunan anlaşmaya görə münaqişə ərazisində dini ibatət yerlərinin dağıdılmaması və onlara hörmətlə yanaşması barədə anlaşma bir uğurdur. Əgər Qarabağ məsələsində hər şey dini liderlərdən aslı olsaydı, biz bu məsələni həll edərdik. İnanırıq ki, vaxt gələcək bu çətin məsələsi də öz həllini tapacaq”, – Rusiya patriarxı bildirib.

İnterpress.az