Lənkəranda həmyerlilərin mübahisəsi qətllə nəticələndibackend

Lənkəranda həmyerlilərin mübahisəsi qətllə nəticələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Lənkəran rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İnterpress.az \”Ölkə.Az\”a istiandən xəbər verir ki, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı Nüvədi kənd sakini Ş.Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini H.Əlili müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

İnterpress.az