Prezident təqaüdü artırıldıbackend

Prezident təqaüdü artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.

İnterpress.az