Yol qəzalarının daha çox baş verdiyi Avropa ölkələri açıqlanıbbackend

Yol qəzalarının daha çox baş verdiyi Avropa ölkələri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələrində yol qəzalarına ən çox avstriyalı sürücülər düşür, danimarkalı sürücülər isə ən nümunəvilərdir.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Avropa ölkələrindəki yol qəzaları ilə bağlı hesabatında deyilir.

Hesabata əsasən, Avstriyada 10 min nəfərə 44, Danimarkada isə yalnız 5 qəza düşür. Almaniya (37) və Belçikada (35) yollarda qəza ehtimalı yüksəkdir.

Sloveniya, Portuqaliya, Malta və İtaliyadakı qəzalar barədə məlumatlar Avstriya yolları ilə müqayisədə daha yaxşıdır: təxminən, 30 qəza. Eyni zamanda Kiprdə (7,5) və Finlandiyada (8,5) bu baxımdan vəziyyət xeyli yaxşıdır.

İnterpress.az