Gürcüstanda 3 Azərbaycan vətəndaşı itkin düşdü, 1-nin meyiti tapıldıbackend

Gürcüstanda 3 Azərbaycan vətəndaşı itkin düşdü, 1-nin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda ötən ildə 3 Azərbaycan vətəndaşı itkin düşüb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik statistik məlumatında bildirilib.

İtkin düşən Azərbaycan vətəndaşlarının 2-si sağ-salamat, digəri isə ölü tapılıb.

Digər xarici ölkə vətəndaşlarına gəlincə, ötən il Gürcüstanda 4 Rusiya, 5 Banqladeş vətəndaşı itkin düşüb. Rusiya vətəndaşlarının 2-si tapılıb, digər ikisinin isə axtarışları davam etdirilir. Banqladeş vətəndaşlarının isə hamısı sağ-salamat tapılıb.

2018-ci ildə həmçinin Yaponiya, Səudiyyə Ərəbistanı, İtaliya və Özbəkistandan olan ümumilikdə, 4 vətəndaş itkin düşüb. İtaliya və Özbəkistan vətəndaşları hələ də axtarılır.

İnterpress.az