Azərbaycana qanunsuz yolla dərman gətirən saxlanılıbbackend

Azərbaycana qanunsuz yolla dərman gətirən saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin \”Qırmızı Körpü\” gömrük postunda saxlanılan, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi \”Opel Vectra\” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Komitədən İnterpress.az- verilən məlumata görə, sorğu-sual vaxtı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsədə, gömrük baxışı zamanı avtomobilin mühərrikinin arxa hissəsində gizlədilən, üzərində \”Adrenalin\” yazısı olan 1 490 ədəd ampula aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az