Fahişəxana işlədən vəzifəli şəxs saxlanıldıbackend

Fahişəxana işlədən vəzifəli şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda fahişəxana işlədən vəzifəli şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a məlumat verilib. Verilən məlumata görə, əməliyyat Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244–cü (əxlaqsızlıq yuvaları saxlama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan E.Muradov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az