Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilibbackend

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən İnterpress.az-a verilən məlumata görə, bu vəzifəyə Sumqayıt Şəhər 25 nömrəli məktəbin direktoru olmuş Arzu Əlizadə təyin edilib.

Şöbənin bundan əvvəlki müdiri Nizami Namazov isə ötən ilin aprelində vəzifəsindən azad edilmişdi. Ötən müddət ərzində bu vəzifəyə təyinat olmamışdı.

Qeyd edək ki, Təhsil şöbəsinin müdiri yerli icra hakimiyyəti tərəfindən Təhsil Nazirliyinin razılığı ilə təyin edilir.

İnterpress.az