Azərbaycanın ən qocaman lombardı həyəcan təbili çaldı – Ehtiyyatlı OLUN!backend

Azərbaycanın ən qocaman lombardı həyəcan təbili çaldı – Ehtiyyatlı OLUN!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lombard fəaliyyəti insanları aldadan xidmətlər gündən-günə artır

Son günlər ölkə ərazisində fəaliyyət göstərən bəzi lombard xidmətlərindən narazılıqlar artmaqda davam edir. Bu da ölkə əhalisi arasında lombardlara olan inama və etimada mənfi təsir göstərir. Bəzi işbazların lombard fəaliyyəti altında müştərilərə qarşı dələduzluq etməsi də ümumilikdə lombard fəaliyyətinə kölgə salan amillərdəndir.

Bir neçə gün bundan öncə, bir qrup müştərinin əmanət etdiyi qızıl-zinət əşyaları da heç bir fəaliyyəti olmayan lombard xidməti tərəfindən əsassız şəkildə müsadirə edilib. Daha doğrusu, müştərilərin sözlərinə görə, həmin lombardın sahibi ofisi bağlayıb və müştərilən bütün qızıllarını götürərək qaçıb. Bu da həmin lombardla əməkdaşlıq edən müştərilərin ciddi narahatlığına səbəb olub. Yoxa çıxan lombardın rəhbərini tapa bilməyən müştərilər isə problemlərinin həll olunması üçün mətbuata üz tutublar. Məlum olub ki, həmin şəxs onlarla müştərinin bahalı qızıllarını götürərək qaçıb.

Cəmiyyətdə bu cür hallar artmaqda davam edir

Bu cür hallar Azərbaycanda dəfələrlə baş verən hadisələr sırasındadır. Təbii ki, bu hadisə ilk deyil. Azərbaycanda son bir neçə il ərzində xeyli sayda müştəri onlarla analoji hadisə ilə rastlaşıblar. Bu da cəmiyyətdə lombard fəaliyyətinə olan etimadın azaldılmasına gətirib çıxarır. Artıq əhali lombard xidmətlərinə inanmamaqla öz haqlarını dərk etmiş olurlar. Lombardla əməkdaşlıq etmək istəyən müştəri isə məcburiyyətdən qızıllarını dəyər-dəyməzinə birdəfəlik satmağa can atır. Bu da onun dəyərli zinət əşyası ilə birdəfəlik ayrılması deməkdir.

Bir əsr tarixi olan qocaman lombard xidməti həyəcan təbili çalır

Təəssüflər olsun ki, bu gün Azərbaycanda bankların əvvəlki illərlə müqayisədə kreditləşməni əhəmiyyətli dərəcədə azaltdığı, kredit şərtlərini isə sərtləşdirdiyi bir vaxtda cəmiyyətdə lombardlara maraq xeyli artıb. Buna görə də tələbvat artıqca lombardların sayı da artır. Amma bu lombardların heç biri tarixi keçmişə malik ola bilmirlər.

Azərbaycanda uzun illərdir fəaliyyət göstərən Lombard №1-in icraçı direktoru Osman Hacıyev deyir ki, adi bir dükan kimi fəaliyyət göstərən lombardlar ümumilikdə bu sahəyə ciddi zərbə vurur. 100 illik tarixə malik olan Lombard №1-in icraçı direktorunun fikrincə, vətəndaşlar bu kimi hallarla rastlaşmaqdan özlərini sığortalamaq üçün lombard xidməti ilə əməkdaşlıq etməmişdən öncə həmin xidmətin fəaliyyəti ilə yaxından tanış olmalıdırlar. Lombardın xidmət göstərdiyi zaman müddətinin burada əsas amil olduğu vurğulanır. Tarixi keçmişi olan və uzun illər cəmiyyətdə lombard xidməti göstərənlərin etibarlı ünvan olmasına səbəb yaradır.

Dələduzluqla məşğul olan lombard xidmətçilərini necə tanımaq olar?

Ekspertlərin fikrincə, bu gün bir çox lombardların fəaliyyəti adi bir dükanın fəaliyyəti ilə eyni qaydada tənzimlənir. Həmin lombardların fəaliyyətində bu gün faktiki olaraq xüsusi standartlar yoxdur. Adi bir dükan şəklində sanki qızıl zinət əşyalarının alış-satışı ilə məşğul olan bu xidmətlərin əksəriyyəti eyni zamanda lombard fəaliyyətinə mənfi imic yaradırlar.

Ekspertlər isə düşünür ki, ölkədə dələduzluqla məşğul olan lombard xidmətlərinin qarşısının alınması üçün vətəndaşlar tərəfindən həmin lombardın fəaliyyəti mütəmadi olaraq izlənilməli və buna ictimai nəzarət güclənməlidir. Hər hansı lombard xidmətinin qanunsuz fəaliyyəti aşkar edildikdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Məhz bundan sonra lombard fəaliyyəti göstərən MMC-lər vətəndaşları aldatmaqdan çəkinəcəklər. Ekspertlər bunun dünya təcrübəsindən qaynaqlandığını bildirirlər.

İnterpress.az