Sərnişindən Beynəlxalq Hava Limanında narkotik maddə aşkarlanıbbackend

Sərnişindən Beynəlxalq Hava Limanında narkotik maddə aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Culfa rayon sakinindən Beynəlxalq Hava Limanında narkotik maddə aşkarlanıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumtda bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az