Narkotik maddə ilə saxlanılan şəxsin oğurluq etdiyi də müəyyən olunubbackend

Narkotik maddə ilə saxlanılan şəxsin oğurluq etdiyi də müəyyən olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üzərində narkotik maddə aşkarlanan şəxsin oğurluq etdiyi də müəyyən olunub

Bu barədə İnterpress.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 1,3 qram heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən R.Əkbərovun yanvarın 9-da Ə.Cavad və R.Rza küçələrində “Kia” və “Volkswagen” markalı 2 avtomlobildən şüşəni sındırmaq yolu ilə pul, sənəd, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az