Bakıda qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıbbackend

Bakıda qadınlara qarşı cibgirlik edən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadına qarşı cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub.

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az