Türkiyə əhalisinin sayı açıqlandıbackend

Türkiyə əhalisinin sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə əhalisinin sayı 82 milyon 3 min 882 nəfərə çatıb.

İnterpress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Təşkilatının “Ünvana əsaslanan əhalinin qeydəalınması sistemi 2018-ci ilin yekunları” adlı hesabatında bildirilib.

Türkiyə əhalisinin sayı 2017-ci illə müqayisədə 2018-ci ildə 1 milyon 193 min 357 nəfər artıb.

Ölkədə kişilərin sayı 41 milyon 138 min 980 nəfər (50,2 faiz), qadınların sayı isə 40 milyon 863 min 902 nəfər (49,2 faiz) təşkil edib.

İnterpress.az