İlham Əliyev Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşlarla bağlı SƏRƏNCAM VERDİbackend

İlham Əliyev Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşlarla bağlı SƏRƏNCAM VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İnterpress.az-ın məlumatına görə, sərəncamla həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, yanvarın 19-da Ukraynada yaşayan azərbaycanlı qardaşlar yanan avtomobilin içərisindəki bir ailəni xilas ediblər. Daha sonra onlar Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko tərəfindən \”Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırılıb. Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Moskalenko onlara minnətdarlığını bildirib. Ötən gün Kiyev şəhər Dövlət Administrasiyasında Holokost Qurbanlarının Beynəlxalq Anma Gününə həsr edilmiş \”Altı milyon ürək” adlı tədbirdə iştirak edən dünyanın 30-dan çox ölkəsinin səfiri azərbaycanlı qardaşların qəhrəmanlığını ayaq üstə alqışlayıblar.

İnterpress.az