Ölkəyə mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıbbackend

Ölkəyə mobil telefonlar və aksesuarların gətirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömtük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin \”Qırmızı Körpü\” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi \”Mercedes Benz C220 CDI\” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən İnterpress.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra vətəndaşın üzərinə və avtomobilinə baxış keçirilib.

Baxış zamanı vətəndaşın üzərindən 4 ədəd \”Kgtel E1200\”, 3 ədəd \”Rivco 8110\”, 1 ədəd \”Mbape M310\” və 1 ədəd \”Odscn B350E\” markalı mobil telefonlar, nəqliyyat vasitəsinin ön saxlanc qutusundan isə 77 ədəd telefon qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az