2018-ci ildə ən çox telefon satan şirkət – AÇIQLANDIbackend

2018-ci ildə ən çox telefon satan şirkət – AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Canalys” araşdırma mərkəzi 2018-ci ildə hansı firmanın nə qədər telefon satdığını açıqlayıb.

İnterpress.az xarici KİV-ə istinadla bildirir ki, ötən illərlə müqayisədə 2018-ci ildə telefon satışında azalma müşahidə edilib. Hətta dünyanın ən nəhəng telefon şirkətlərindən olan “Apple” ve “Samsung”un da satışında ümumi geriləmə olub.

Lakin buna baxmayaraq, digər illərdə olduğu kimi, 2018-ci ildə də “Samsung” ən çox telefon satışını həyata keçirib. İkinci pillədə də “Apple” şirkəti qərarlaşıb. Üçüncü ən çox telefon satan şirkət isə “Huawei” olub. 2018-ci ildə telefon satışında artım yaşayan şirkətlər isə “Huawei”, “Xiaomi” ve “Oppo” olub.

Qeyd edək ki, 2017-ci ildə 1 milyard 455 milyon ağıllı telefon satışı həyata keçirilib. 2018-ci ildə isə bu rəqəm 4.6% azalaraq 1 milyard 388 milyon olub.

İnterpress.az