Lotu Quli İrəvan “sxodka”sı barədə…backend

Lotu Quli İrəvan “sxodka”sı barədə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi xəbərə görə, “sxodka”nın keçirilməsi və orda Lotu Quli ilə münasibətləri kərgin olan Rövşən Lənkəranskinin “tacdan” məhrum edilməsi barədə məlumatlar yayıldıqdan sonra N.Səlifovun cəza çəkdiyi 8 saylı cəzaçəkmə müəssisəsində nəzarət daha da artırılıb.

Məlumata görə, bəzi dairələrdə iddia edildiyi kimi, Lotu Qulinin İrəvan “sxodka”sı ilə heç bir əlaqəsi olmayıb. “Sxodka”nın gedişi, qəbul edilən qərarlar barədə mətbuatda yazılanları isə Lotu Qulinin diqqətinə onun vəkili çatdırıb.

Vəkil Təranə Əliyeva da İnterpress.az-a məlumatı təsdiqləyib. Vəkilin sözlərinə görə, yanvarın 8-də Nadir Səlifovla görüşüb: “Mətbuatda İrəvandakı “sxodka” barədə oxuduğum məlumatları ona çatdırdım. Çox maraqlıdır ki, harda nə baş verirsə bunu dərhal Nadir Səlifovla əlaqələndirməyə çalışırlar. Halbuki o həbsxanadadır, ciddi rejimdə saxlanılır. Sanki bu məlumatları bilərəkdən yayaraq onun vəziyyətini ağırlaşdırmağa çalışırlar. Mətbuatın diqqətinə çatdırmaq istəyirəm ki, “sxodka” barədə mətbuatda yazılan məlumatları mən Nadir Səlifovun diqqətinə çatdırmışam. Orda baş verən proseslərdən o yalnız bu vasitə ilə xəbər tutub”.

Elnarə
İnterpress.az