Azərbaycanda daha çox sayda müəllim müvafiq təlimlərə cəlb olunacaqbackend

Azərbaycanda daha çox sayda müəllim müvafiq təlimlərə cəlb olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti, həmin Universitetin Quba və Şəki filialları, Gəncə və Sumqayıt Dövlət Universitetləri də daxil olmaqla beş ali təhsil müəssisəsini təmsil edən 28 müəllim üçün təlim BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən 2019-cu il fevralın 4-8-də Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil olunacaq.

İnterpress.az xəbər verir ki, bununla yanaşı, ümumtəhsil məktəblərinin pedaqoji heyətinə ixtisasartırma kursları keçəcək 50 təlimçidən ibarət qrup üçün təlim isə 2019-cu il fevralın 11-15-də keçiriləcək.

Təlimçilər üçün bu təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF-in və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən aparılacaq.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Edvard Karvardin bildirmişdir ki, əlilliyi olan uşaqların keyfiyyətli təhsil prosesinə cəlb olunması ilk növbədə onların təhsil və inkişaf potensialına müsbət təsir göstərməklə yanaşı buuşaqların öz icmalarının həyatında fəal iştirak edə bilməyəcəyinə dair fikirlərin yanlış olduğunu sübuta yetirəcək. Ümumtəhsil məktəblərində yüksək keyfiyyətli inklüziv təhsilin tətbiq edilməsi üçün pedaqoji heyətin bacarıqlarının artırılması məsələsinə xüsusi diqqət yetirəcək bu təlimlər təhsilin hər bir uşaq üçün əlçatan olmasına şərait yaradan prosesin bir hissəsidir.

Bu təlimlərdə iştirak edəcək universitet və məktəb müəllimləri Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Ağcabədi və Qazaxda 300 nəfər universitet müəlliminə, 5 pedaqoji universitetin ümumilikdə 1.300-dən çox tələbəsinə, habelə 10.000 nəfərdən çox ibtidai sinif müəlliminə 2019-2020-ci illərdə təlim keçəcəklər.

Növbəti mərhələdə inklüziv təhsil üzrə yeni təlim proqramları müəllimlərin hazırlanması və peşəkar inkişafı ilə məşğul olan milli institutlarının kurikulumlarına inteqrasiya ediləcək. Sözügedən layihə bu sahədə milli potensialların inkişaf etdirilməsinə və ölkənin ümumtəhsil məktəblərində inklüziv təhsili tətbiq etmək bacarığına malik olan yeni nəsil müəllimlərin formalaşmasına şərait yaradacaq.

İnterpress.az