Azərbaycana xeyli sayda mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıbbackend

Azərbaycana xeyli sayda mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

Komitədən İnterpress.az-a verilən məlumata görə, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçən zaman saxlanılıb və yoxlama aparılıb. Yoxlama zamanı sərnişindən 6 ədəd \”İphone X 64 GB\” markalı mobil telefonlar aşkarlanıb.

Sorğu-sual zamanı sərnişin telefonların ona məxsus olmadığını və Şarja Hava Limanında olarkən Azərbaycana gətirilməsi üçün verildiyini bildirib. Şübhə yarandığından Şarja-Bakı aviareysi ilə gələn digər sərnişinlərin də əl yüklərinə yoxlama keçirilib və bu zaman 11 nəfər Azərbaycan vətəndaşından 25 ədəd, ümumilikdə 31 ədəd \”İphone X 64 GB\” markalı mobil telefonlar aşkarlanıb. Adları çəkilən vətəndaşlar mobil telefonların onlara məxsus olmadığını bildirib və telefonlardan imtina ediblər.

Araşdırma nəticəsində məlum olub ki, İsayev Əhməd Mülkəsahib oğlu 31 ədəd \”İphone X 64 GB\” markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədi ilə onunla birlikdə Şarja-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az