ETSN: Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermirbackend

ETSN: Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzərə atılan tullantılar ona özünü bərpa etməyə imkan vermir.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O qeyd edib ki, Xəzər dənizini çirklənmədən qorumaq üçün hər bir vətəndaş səy göstərməlidir:

\”Xəzər hamımızındır. Hər birimiz onun təmiz olması üçün məsuliyyət daşıyırıq və onu çirklənmədən birgə qorumalıyıq. Bunun üçün hər kəs özündən başlamalıdır.

Xəzər müəyyən qədər özünü bərpa etmək gücünə malik olsa da, bizim ona vurduğumuz zərər, atdığımız tullantılar buna imkan vermir. Bu da dənizin ekosisteminin tədricən məhvinə səbəb olur.

Məqsədimiz Xəzər dənizini çirklənmədən qorumaq və ekoloji durumunu sağlamlaşdırmaqdır. Bu məqsədlə də təbliğat və maarifləndirməyə üstünlük veririk. Ümid edirik ki, hər bir fiziki və hüquqi şəxs bizim çağırışımıza cavab olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirəcək, sahibkarlar müasir texnologiyalara üstünlük verərək standartlara cavab verən təmizləyici qurğular quraşdıracaq”.

İnterpress.az