Bakıda 23 yaşlı gəlin vəhşicəsində döyülərək xəstəxanalıq oldubackend

Bakıda 23 yaşlı gəlin vəhşicəsində döyülərək xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyülüb.

İnterpress.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu, 2-ci məhəllədə qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Aysel gecə saatlarında əri tərəfindən döyülüb. Ağır xəsarətlər alan qadın yaxınları tərəfindən 1 saylı Klinik Xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, A.Məmmədova kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alıb.

Hazırda qadın palatadadır və müalicəsi davam etdirilir.

İnterpress.az