Penitensiar xidmət: Hüseyn Abdullayev aclıq aksiyası keçirmirbackend

Penitensiar xidmət: Hüseyn Abdullayev aclıq aksiyası keçirmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüseyn Abdullayevin aclıq aksiyası keçirməsi haqqında məlumat həqiqəti əks etdirmir\”.

Bunu İnterpress.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

O bildirib ki, H.Abdullayev hazırda heç bir aclıq aksiyası keçirmir.

M.Sadıqov onu da əlavə edib ki, Qobustan həbsxanasında cəza çəkən Taleh Bağırovun aclıq aksiyası keçirməsi haqqında deyilənlər də həqiqəti əks etdirmir: \”Taleh Bağırov aclıq aksiyası keçirmir\”.

İnterpress.az