Prezident Aqrar Universiteti ilə bağlı SƏRƏNCAM İMZALADIbackend

Prezident Aqrar Universiteti ilə bağlı SƏRƏNCAM İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb.

İnterpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş \”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü\”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 14 245 000 manatı Kənd Təsərrüfatı Nazirliyinə ayrılıb.

İnterpress.az