İcra başçısı Ruslan Vəliyevi təltif etdi – FOTObackend

İcra başçısı Ruslan Vəliyevi təltif etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 2 fevral- Gənclər Günü qeyd edilib.

İnterpress.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.

Tədbirdən öncə gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov gəncləri bayram günü münasibəti ilə təbrik edib. Onlara xoş arzularını çatdırıb. O bildirib ki, 1996-cı ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunan bu bayram, ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir. Ölkəmizdə hər bir sahədə qazanılan uğur dövlətimizin yüksək potensiala malik olduğunu göstərir. Bu uğurların əldə edilməsində gəncliyin xüsusi rolu vard. Çünki gənclər cəmiyyətin bütün sferalarında təmsil olunmaqla yanaşı artıq aparıcı qüvvəyə çevriliblər. İndi Azərbaycanda gənclər siyasəti dövlətin mühüm tərkib hissəsidir. Bu siyasət bir çox dövlətlərə nümunə ola bilər. Prezident İlham Əliyev gənclərlə hər görüşündə, keçirilən forumlarda dəfələrlə bildirib ki, gəncliyə verilən imkanlar dövlətimizin sabahı üçündür.

Daha sonra Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov, Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov və digər çıxışçıların nitqi dinlənilib. Tədbirdə fəal gənclər mükafatlandırılıb. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 30.01.2019-cu il tarixli 14 nömrəli sərəncamı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev də Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına görə “Fəxri Fərman”la təltif olunub.

İcra başçısı Ruslan Vəliyevi təltif etdi - FOTO

İcra başçısı Ruslan Vəliyevi təltif etdi - FOTO

İcra başçısı Ruslan Vəliyevi təltif etdi - FOTO

İcra başçısı Ruslan Vəliyevi təltif etdi - FOTO

İnterpress.az