Tramp yeni raket müqaviləsi bağlayırbackend

Tramp yeni raket müqaviləsi bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin əvəzində yeni raket sazişi imzalamaq istədiyini bildirib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, o bunu Ağ evdə jurnalistlərə deyib.

\”Ümid edirəm biz hamını böyük və gözəl otağa yığıb daha yaxşı bir müqavilə bağlamağa müvəffəq olacağıq. Mən bunu görmək istərdim\”, – deyə Tramp bildirib.

Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə haqqında danışan Amerika lideri qeyd edib ki, Vaşinqton digər tərəf müqaviləni pozduğu halda, ona əməl etməyəcək.

İnterpress.az