Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



"Neftçi" italiyalı hücumçu ilə müqavilə bağlayacaq

"Neftçi" italiyalı hücumçu ilə müqavilə bağlayacaq.

Dərc edilib: 2 fevral 2019 [10:22]
Baxış sayı: 10495

"Neftçi" klubu heyətinə daha bir futbolçu qatmağa çox yaxındır.

İnterpress.az "Report"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi italiyalı hücumçu Canluka Sansoneni heyətinə qatacaq.

32 yaşlı oyunçu tibbi müayinədən keçəndən sonra flaqmanla müqavilə imzalayacaq. Onun sözləşməsi 2020-ci ilə qədər nəzərdə tutulacaq.

Qeyd edək ki, Canluka Sansone karyerası ərzində İtaliyanın "Sampdoriya", "Torino", "Sassuolo" və "Bolonya" kimi klublarında çıxış edib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin də italiyalıdır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 164