Braziliyada su bəndinin dağılma anı – VİDEObackend

Braziliyada su bəndinin dağılma anı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada 100-dən çox insanın ölümünə səbəb olan su bəndi uçqunun görüntüsü yayılıb.

Müşahidə kamerası tərəfindən qeydə alınan videonu “Associated Press” agentliyi dərc edib.

Videoyazıda nəhəng tikilinin dağılmasından sonra havaya qatı tozun qalxdığını ardınca isə qatı palçıq və sənaye tullantılarından ibarət selin ətrafa yayıldığını görmək olur. Kadrlarda bir neçə fəhlənin avtomobillərdə ərazini tərk etməyə çalışdığı görünür, lakin tezliklə “palçıq lavası” onların maşınını dövrəyə alır.

Qeyd edək ki, su bəndi “Vale” şirkətinə aiddir və metallurgiya müəssisələrinin tullantılı sularını saxlamaq üçün nəzərdə tutulmuşdu.

Su bəndinin yanvarın 25-də çökməsi nəticəsində yaranan sel Brumadinyo rayonunda (Minas-Jerays ştatı) yaşayış evlərini dağıdıb. Hadisə nəticəsində 110 nəfər ölüb, 238 nəfər itkin düşüb.
https://twitter.com/i/status/1091380199260868610

İnterpress.az