İran növbəti dəfə terror aktı məruz qaldı – ölən və yaralananlar varbackend

İran növbəti dəfə terror aktı məruz qaldı – ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənub-şərqində terror aktı törədilib.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin Nikşəhr şəhərində qeydə alınıb.

Belə ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli qərargahına silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər də yaralanıb.

Hücumun məsliyyətini “Ceyş-ül Ədl” (“Ədalət Ordusu”) adlı terror təşkilatı öz üzərinə götürüb.

İnterpress.az