Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıbbackend

Siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin \”Qırmızı Körpü\” gömrük postunda Gürcüstandan idarə etdiyi \”QAZ-3110\” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.

Bu barədə “İnterpress.az”a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində döşəmənin altında 3 000 ədəd \”LD Club\” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az