Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Mahir Mədətov qaradərili futbolçunun əlini sıxmadı

Mahir Mədətov qaradərili futbolçunun əlini sıxmadı.

Dərc edilib: 4 fevral 2019 [10:38]
Baxış sayı: 4034

Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” – “Neftçi” oyununda maraqlı hadisə baş verib.

İnterpress.az xəbər verir ki, Ağdam təmsilçisinin hücumlarından birində “Neftçi”nin seneqallı futbolçusu Mamadu Mboc “Qarabağ”ın hücumçusu Mahir Mədətova əlini uzadıb, lakin sonuncu afrikalının əlini sıxmayıb.

Qısa zamanda sosial şəbəkələrdə yayılan video, istifadəçilərin sərt tənqidinə səbəb olub.

Sonradan Mahir Mədətov “Instagram”da 25 yaşlı seneqallıdan yaranmış vəziyyətə görə üzr istəyib:

“Həmin epizodda sənin əl uzatdığını görmədim. Üzr istəyirəm. Ümid edirəm ki, aramızda hər şey yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu, bir oyundur. Sənə uğurlar arzulayıram”.

Mamadu Mboc Mahir Mədətovun mesajını cavabsız qoymayıb.

“Sənin irqçi olmadığını bilirəm. Narahat olma, bu, sadəcə, oyundur və bunların baş verməsi normaldır”.

Qeyd edək ki, ötən gün keçirilən “Qarabağ” – “Neftçi” matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

Ağdam təmsilçisinin heyətində Dani Kintana hesabı açıb. “Neftçi” isə mərkəz müdafiəçisi Mamadu Mbocla oyunda tarazlığı bərpa edib.

15 turdan sonra turnir cədvəlinə 34 xalla “Neftçi” başçılıq edir. “Qarabağ” 31 xalla ikincidir.(oxu.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 101