Paşinyan indi də Ermənistanın bayrağını dəyişdirmək istəyirbackend

Paşinyan indi də Ermənistanın bayrağını dəyişdirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın dövlət bayrağında xaç da əks olunmalıdır”.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasından deputat, ölkə parlamenti sədrinin müavini Alen Simonya “Facebook” səhifəsində yazıb.

Onun təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bayraqda xaç olmasının tərəfdarları və əleyhdarları da var. İdeyanı dəstəkləyənlər hesab edirlər ki, Ermənistan xirsitian dövlət olduğuna görə bayrağında xaç əks olunması da əsaslı addım olardı. Buna qarşı çıxanların qənaətinə görə, bayrağın indiki forması daha böyük tarixi əhəmiyyətə malikdir.

Qeyd edək ki, Alen Simonyan bir müddət əvvəl Ermənistan SSR-nin himninin bərpa olunması təklifi ilə çıxış edib.

İnterpress.az