Azərbaycan Premyer Liqasında azarkeş rekordları qeydə alınıbbackend

Azərbaycan Premyer Liqasında azarkeş rekordları qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün yeni azarkeş rekordu müəyyənləşdirilib.

İnterpress.az xəbər verir ki, XV turun \”Qarabağ\” – \”Neftçi\” qarşılaşmasında 6000 tamaşaçı qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionundakı göstərici cari mövsümün arxada qalan 15 turu ərzində mütləq rekorddur.

Bunadək ən çox azarkeş VI turda keçirilmiş \”Sabah\” – \”Qarabağ\” matçında olub. \”Əlincə Arena\”dakı görüşü 4500 tamaşaçı izləyib.

XV turun ümumi azarkeş sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 7180 fanat stadiondan izləyib. Bu da əvvəlki 14 turun 6900 tamaşaçı rekordunun yeniləndiyi anlamına gəlir.

Qeyd edək ki, \”Neftçi\” ilə matçda 1:1 hesablı heç-heçə edən \”Qarabağ\” \”Sabah\”la görüşdə qələbə qazanıb – 2:0. (Report)

İnterpress.az