Gəncə sakinindən silah-sursat və narkotik götürülübbackend

Gəncə sakinindən silah-sursat və narkotik götürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər sakinindən silah-sursat və narkotik götürülüb.

Bu barədə İnterpress.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 31 yaşlı Orxan Əliyev saxlanılıb. İdarədə onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 5 ədəd patron olan “Makarov” tipli tapança, əlindəki sellofan torbada isə 1 kiloqram 211 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 411 qram şəkidə narkotik vasitə hesab edilən tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az