Qana boyanmış redaksiya – VİDEObackend

Qana boyanmış redaksiya – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, polis Əlcəzair əsilli Çerif (32) və Səid Kouçi (34) adlı qardaşların tutulması üçün əməliyyatlar aparır.

“AFP” agentliyinin məlumatına görə, Fransanın şimalında yerləşən Aisne bölgəsindəki Villers-Kotteret şəhərinin yaxınlığında benzindoldurma məntəqəsi işlədən sahibkar qardaşları gördüyünü bildirib. Onlar həmin məntəqəyə basqın ediblər. Maskalı və silahlı olduğu deyilən şübhəlilərin atıb getdikləri maşında molotof kokteyli tapıldığı deyilir.

Fransa mətbuatının yazır ki, şübhəlilər soyduqları benzindoldurma məntəqəsindən ərzaq və benzin aparıblar. Tez bir zamanda ərazi polis tərəfindən nəzarətə alınsa da, hələlik heç bir nəticə yoxdur. Qardaşlar haqqında polis “təhlükəli və silahlı” xəbərdarlığı yayıb. Daxili İşlər naziri Manuel Valls qardaşları tapmaq üçün yeddi nəfərin saxlanıldığını bildirib.

Qana boyanmış redaksiya - VİDEO



İnterpress.az