Ötən il “Zolotaya Korona” ilə pul köçürmələrinin məbləği 13 milyard dollara yaxın olubbackend

Ötən il “Zolotaya Korona” ilə pul köçürmələrinin məbləği 13 milyard dollara yaxın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Rusiyanın “Zolotaya Korona” pul köçürmələri sistemi ilə ümumi məbləği 856 milyard rubl (13 milyard ABŞ dolları) olan 39 milyon əməliyyat həyata keçirilib.

İnterpress.az bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, 2017-ci illə müqayisədə “Zolotaya Korona”nın dövriyyəsi 9% böyüyüb, əməliyyatlarının sayı isə 5% artıb. Ötən il 1 əməliyyatla orta hesabla 21,8 min rubl (330 dollar) pul köçürülüb.

Hesabat dövründə “Zolotaya Korona”ya Rusiya, Belarus və Gürcüstandan daha 36 maliyyə təşkilatı qoşulub. Bundan başqa, Almaniya, Estoniya və Nigeriyada bu pul köçürmələri sistemindən istifadə etmək mümkün olub. Şirkətin xidmət şəbəkəsi isə Çexiya və Vyetnama qədər genişlənib.

İnterpress.az