Gürcüstandan ölkəyə marixuananın keçirilməsinin qarşısı alınıbbackend

Gürcüstandan ölkəyə marixuananın keçirilməsinin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin \”Mazımçay\” gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi \”Scania\” markalı yük avtomobilinə gömrük baxışı keçirilərkən sürücünün hərəkətləri gömrükçülərdə şübhə yaradıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Komitədən “İnterpress.az”a verilən məlumata görə, yoxlamadan əvvəl vətəndaşa üzərində və ona məxsus yük maşınında gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik vasitənin olub-olmadığı soruşulub.

Vətəndaş isə öz növbəsində üzərində qanunla qadağan edilən heç bir əşyanın olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində olan \”Philip morris\” markalı siqaret qutusunda 0,3 qram narkotik vasitə – marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az