“Microsoft” qısa müddət kapitallaşma üzrə liderliyini itiribbackend

“Microsoft” qısa müddət kapitallaşma üzrə liderliyini itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Apple\” şirkəti qısa vaxtda kapitallaşma üzrə \”Microsoft\” və \”Amazon\”u qabaqlayaraq, Amerika birjasında ən bahalı şirkət olub.

İnterpress.az-ın məlumatına görə, bu barədə \”Reuters\” bildirib.

Məlumata görə, \”Apple\”in kapitallaşması bir neçə saniyə 806,6 milyard dollar təşkil edib. Şirkət \”Microsoft\”un kapitallaşmasını 200 milyon dollar, \”Amazon\”u 1,2 milyard dollar qabaqlayıb.

Lakin bununla belə, \”Microsoft\” tezliklə ən bahalı şirkətlərin reytinqindəki birinci yerə qayıdıb.

Xatırladaq ki, yanvarın əvvəlində \”Amazon\” \”Microsoft\”u ötərək dünyada ən bahalı şirkət olub.

Daha əvvəl bildirilib ki, \”Amazon\” korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.(report)

İnterpress.az