Əmanətlər artıbbackend

Əmanətlər artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ilin dekabr ayında əhali dollar satışını kəskin artırıb. Bu, özünü dekabr ayında banklara qoyulan depozitlərin həcmində də göstərib.

İnterpress.az xəbər verir ki, depozitlər dekabrda 301,9 mln. manat artaraq, 8 mlrd. 375,4 mln. manata qalxıb.

Depozit artımında 119,8 mln. milli valyutanın, 182,1 mln. manat xarici valyutanın payına düşüb.

Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.

Ümumilikdə 2018-ci ildə əhalinin bank əmanətləri 10,8% – 8 mlrd. 375,4 mln. manatadək artıb. Əhalinin xarici valyutada əmanətləri 4,1% – 5 mlrd. 233,2 mln. manata çatıb və bütün əmanətlərin 62,5%-ni tutur.

2018-ci ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 24,1% – 3 mlrd. 142,2 mln. manatadək yüksələrək, bütün əmanətlərin 37,5%-ni əhatə edib.

31 dekabr 2018-ci il tarixinə rezidentlərin (təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda Azərbaycan Respublikasının ərazisində olan) bank əmanətlərinin həcmi 7 mlrd. 611,6 mln. manat, qeyri-rezidentlərin (xarici diplomatik nümayəndələrin işçiləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri) – 763,8 mln. manat təşkil edir.

2019-cu il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 870,4 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur.

İnterpress.az