Ölümlə çarpışan körpənin anası Birinci vitse-prezidentə müraciət etdi – FOTOLARbackend

Ölümlə çarpışan körpənin anası Birinci vitse-prezidentə müraciət etdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azyaşlı övladı ağır xəstəlikdən əziyyət çəkən Bakı şəhər sakini, Güləliyeva Mehriban Nizami qızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

İnterpress.az xəbər verir ki, müraciətdə deyilir:

Hörmətli Mehriban xanım Əliyeva!

Yazıb Sizə bildirirəm ki, mənim yenicə dünyaya göz açmış balam anadan doğulanda öd kisəsi və öd yollarının olmaması qüsuru ilə doğulmuşdur. Doğulan gün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutununa apardıq və orada övladım iki həftə müalicə aldıqdan sonra həkimlərin rəyi nəticəsində Bakı şəhərində bir neçə xəstəxanalarda usağı analizlərə götürdülər. Məlum oldu ki, övladımın qara ciyəri öz funksiyasını itirib. Dalağ, mədəaltı vəzisi sıradan cıxıb. Usağın 39 dərəcə hərarəti olur və qızdırmasını ancaq samlar vasitəsi ilə salırıq. Bakıda \”Medera Hospitalı\”na getdik, orada Hicran Xıdırova adlı həkimin qəbulunda olduq. Həmin klinikada bir necə analizlər uşaqdan götürüldü. Lakin məlum oldu ki, uşaq ağır dərəcəli (BİLİAR ATRETİYA) ciyər seryozudur. Buna görə də təcili əməliyyat olunmalıdır. Əməliyyatının məbləği 45.0000 manat vəsaitə başa gəlir. Lakin biz imkansız ailə olduğundan o məbləği düzəldə bilmirik. Ailənin 3 ildən sonra yolunu gözlədiyimiz tək övladımızın gözümüzün önündə tələf olunmasına bir ana kimi barışa bilmirəm.

Hörmətli Mehriban xanım Əliyeva, bir ana olaraq Sizdən xahiş edirəm mənim müraciətimə baxasınız və mənim yeganə övladımın sağalmasına, onun işiqlı dünyaya qovuşması üçün köməklik göstərəsiniz.

Sizə təşəkkür edirəm. Bu günə qədər xalqımızın rifahı üçün, ölkəmizi dünyada tanıtmaq üçün gördüyünüz quruculuq işlərini bir daha alqışlayır, dövlətimizi daha da yüksəltmək yolunda Sizə uğurlar arzulayıram.

Tel: 050 427 53 62 ; 012 544 59 31

Ölümlə çarpışan körpənin anası Birinci vitse-prezidentə müraciət etdi - FOTOLAR

İnterpress.az